Bakının Nəsimi rayonunda binanın fasadı təmir olunur. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Təmir-bərpa işləri rayonun Alı Mustafayev küçəsi, 11 saylı ünvanında həyata keçirilir. Abadlıq işləri çərçivəsində yaşayış binasının fasadında təmir-bərpa işlərinə başlanılıb. Belə ki, binanın fasadı yeni görkəmə gətiriləcək.
Hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.