Nəsimi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 40 kv.m olan və anbar kimi istifadə olunan tikilidə baş verib. Nəticədə tikili içərisindəki əşyalarla birgə tamamilə kül olub. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.