Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərində avtomobil xarab olub. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
“Chevrolet” markalı avtomobilin mühərrik hissəsində nasazlıq yaranıb. Bu səbəbdən qəfil tüstüləmə baş verib. Avtomobildə olan qadın və uşaqlar maşından düşürülüblər.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Nasazlıq aradan qaldırılıb və yolda digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.