Bakının Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, avtomobil sexindən 2700 manat dəyərində təmir aləti oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Səlimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.