Bakının Nəsimi rayonu, Azadlıq prospektində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Tikilinin 5-ci mərtəbəsində birotaqlı mənzilin yanar konstruksiyaları 10 kv.m sahədə və bitişik mənzilin eyvanının taxta atmaları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.