Bakının Nəsimi rayonunda naməlum kişi meyiti tapılıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Report-a isitnadən xəbər verir.
Cəsəd Ceyhun Hacıbəyli və Salatın Əsgərova küçələrinin kəsişməsində aşkarlanıb. Cansız bədənin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Meyiti tapılan şəxsin tüfeyli həyat tərzi sürdüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.