Bakının Nəsimi rayonu, Puşkin küçəsində 12 iyun, saat 21:30 radələrində yol qəzası baş verib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az məlumat verir.
Belə ki, işıqforla tənzimlənən kəsişmədə “Toyota Prius” və “Kia” markalı avtomobillər bir-birinə çırpılıb.
Hadisə yerinə yol polisi xidmətinin əməkdaşları cəlb olunublar. Xəsarət alan olmayıb, avtomobillərə ciddi maddi ziyan dəyib.