Bakının Nəsimi rayonunda yerləşən iki mağazada oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, oktyabrın 29-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 4 notbuk, digər mağazadan isə işçinin 1300 manat dəyərində mobil telefonu oğurlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini V.Hacıbəyov və Ucar rayon sakini F.Allahverdiyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.