Bakının Nəsimi rayonunda iki fərqli ünvanda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, rayon ərazisində müxtəlif vaxtlarda fərqli ünvanlardan iki motosiklet oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Rizvan Məmmədzadə, Elxan Ələsgərov, Nizam Səfiyarlı, Vüsal Zəkərgə və bir yeniyetmə saxlanılıblar.
Araşdırma aparılır.