Nəsimi rayonunda narkotacir tutulub. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Ələkbərov saxlanılıb. Onun çantasından 3 kiloqram heroin və tiryək aşkar edilib. E.Ələkbərovun "Behzat" adlı iranlı narkotacirin şəbəkəsinə daxil olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb.