Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olub. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.