Nəsimi rayonunda 3 nəfər oğru tutulub. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Məmmədov, R.İsmayılov və E.Xəlilov rayon ərazisindəki köşklərin birindən pul, tütün məmulatı və lotereya oğurlamaqda şübhəli bilinirlər. Onların üzərində heroin də aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.