Bakının Nəsimi rayonunda mağazaların birində geyim oğurlanıb. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 680 manat dəyərində geyim oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.