Bakının Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam edir. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Rayon ərazisindəki park və xiyabanlarda, abad həyətlərdə və digər istirahət məkanlarında istismar müddəti başa çatmış və yararsız vəziyyətdə olan oturacaqlar yeniləri ilə əvəz olunub və digər oturacaqlar, söhbətgahlar təmir edilərək rənglənib.
Həmçinin parklarda, yol kənarlarında yararsız vəziyyətdə olan tamet daşları və istinad divarları aqlay daşla bərpa olunur. Bu istiqamətdə işlər davam etdirilir.
[caption id="attachment_135962" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]