Bakının Nəsimi rayonunda qadından çanta talanıb. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, yanvarın 10-da rayon ərazisində bir qadının içərisində mobil telefonu, sənəd və bank kartı olan çantası soyğunçuluq yolu ilə oğurlanıb.
Keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Teymur Abasquliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.