Paytaxtın Nəsimi rayonunda bir nəfəri döyərək pulunu oğurlayan şəxslər tutulublar. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Beyləqan rayon sakini Xəzər Ələsgərov, Ağstafa rayon sakini Nicat Kərimov, Bərdə rayon sakini Vüqar İsmayılov, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı və Bakı şəhər sakini olan bir qadın adıçəkilən rayon ərazisində 1 nəfəri döyərək 8512 AZN pulunu, sənəd və pulqabısını oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırma aparılır.