Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, rayon ərazisində vətəndaşların birindən 980 manat pul və mobil telefonu quldurluq yolu ilə talanıb.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Anar Mövlanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.