Bakının Nəsimi rayonunda vətəndaşa qarşı quldurluq edilib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata görə, bir nəfərin pulu və mobil telefonu quldurluq yolu ilə talanıb.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaur İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.