Bakının Nəsimi rayonunda telefon mağazasından oğurluq edilib. Bu haqda 13 iyul tarixində Lent.az məlumat verib.
3-cü mikrorayon dairəsi, Rövşən Cəfərov küçəsində Fərid Rzayevə məxsus telefon mağazasının şüşəsi sındırılıb. Mağazadan telefon aksesuarları və mobil telefonlar oğurlanıb. Rzayevə 2000 manatdan çox zərər dəyib.
Polis təhlükəsizlik kamerasının görüntülərinə baxıb və məlum olub ki, oğurluğu edən yaxınlıqda yerləşən kafedən çıxan şəxs olub.
Həmin şəxs axtarışa verilib.
[URIS id=52301]