Bakının Nəsimi rayonunda yanvarın 15-də səhər saatlarında rayon ərazisində “Toyota” markalı avtomobil qaçırılıb. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Q.Gülməmmədov avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.