Bakının Nəsimi rayonunda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, dekabrın 25-də rayon ərazisində bir nəfərin mobil telefonu və içərisində pul olan çantası soyğunçuluq yolu ilə talanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Həsənzadə və Cavad Pirnəzirli müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.