Paytaxtın Nəsimi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma üçmərtəbəli yaşayayış binasının sonuncu mərtəbəsində baş verib. Ümumi sahəsi 40 kv.m olan mənzilin mətbəxi və dam örtüyü 10 kv.m sahədə yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.