Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. “BMW” markalı avtomobilin sürücüsü ara məsafəsini saxladamağı üçün kəsişmədə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Qəza nəticəsində “BMW”də olan sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_135083" align="alignnone" width="640"]
Foto APA.az[/caption]