Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 70 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 2 kv.m sahədə mətbəx mebeli yanıb. Mənzilin digər hissələri və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.