Nizami rayonunda qadından çanta oğurlanıb. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Oğurluğa görə axtarışda olan Qüdrət Sultanov saxlanılıb. Araşdırma zamanı onun Nəsimi rayonu ərazisində bir qadının içərisində 300 AZN pul və 2300 AZN dəyərində mobil telefon, bank kartı və sənəd olan çantasını oğurlaması məlum olub.
Faktla bağlı araşdırma aparılır.