Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə metronun “28 May” stansiyasının yaxınlığında baş verib. 37 yaşlı Şəhanə Kərimova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.