Nəsimi rayonu, Cavadxan küçəsi, 40 ünvanında 2 çinar ağacının kəsilməsi ilə bağlı məlumat yayılıb. Lakin həmin ağacların qurumuş vəziyyətdə olduğu məlum olub. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az İTV-yə istinadən məlumat verir.
Həmin ərazidə yaşayan bina sakini bildirdi ki, onun müraciəti əsasında müvafiq qurumlar tədbir görüb. Ağacların yaşı çox olduğu üçün təhlükə mənbəyinə çevrilmişdi. Elə buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin ağacların kəsilməsi ilə bağlı rəy verib. Ötən gün isə ağaclar kəsilib.
Məsələ ilə bağlı Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirdilər ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi əsasında kəsilərək ərazidən götürülüb. Həmin ağacların yerində isə mühitə uyğun olaraq yeni ağac tingləri əkiləcək.