Bakının Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində Laçın rayon sakini 3 nəfər tərəfindən döyülüb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanov müəyyən olunaraq saxlanılıblar.