Nəsimi rayonunda silahlı şəxs saxlanılıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Kürdəmir rayon sakini Pünhan İmanov tutulub. Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmaya başlanılıb.