Nəsimi rayonunda gənc oğlan intihar etmək istəyib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Yeganə şadlıq sarayının yaxınlığındakı körpüdə qeydə alınıb. 25-30 yaşlı oğlan üzərinə yandırıcı maddə tökərək özünü körpüdən aşağı atmaq istəyib. Ərazidə olan polis əməkdaşları intiharın qarşısını alıblar.
Gənc oğlan 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.