Bakının Nəsimi rayonu ərazisindəki marketlərin birindən oğurluq olub. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, marketdən 6055 manat dəyərində oğurluq edilib. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməldə şübhəli bilinən Neftçala rayon sakini Əli Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.