Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobilinin sürücüsü yuxulayaraq sükana nəzarəti itirib. Nəticədə maşın yol kənarındakı “Nissan” markalı nəqliyyat vasitəsinə çarpılıb. 1 nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı arşadırma aparılır.