Nəsimi rayonunda moped oğurlanıb. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun B.Səfəroğlu küçəsində baş verib. Əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rüfət Səlimov bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.