Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş qadın adıçəkilən rayon ərazisində bir nəfərin 223 AZN pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.