Nəsimi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Hadisə rayonun A.Bakıxanov küçəsində, Rusiya səfirliyinin qarşısında baş verib. Evakuator sürücüsü tıxacdan qaçmaq üçün 2 düz xətti tapdalayaraq geri dönmək istəyib. Bu zaman nəqliyyat vasitəsi qarşı tərəfdən gələn “Peugeot” markalı maşınla toqquşub. Nəticədə ərazidə daha güclü sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.