Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma yaşayış binasının zirzəmisində ümumi sahəsi 194 kv.m olan obyektdə qeydə alınıb. Nəticədə 1 otaq, eləcə də 1 ədəd kondisioner, 2 ədəd müşahidə kamerası və ümumi sahəsi 20 kv.m olan dəhlizdə 2 ədəd pəncərə çərçivəsi və 1 ədəd plastikdən ibarət qapı yanıb. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.