Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Rayonun Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli hotelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, tüstü bacasında yağ qalıqları yanıb. Yanğının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.