Nəsimi rayonunda 3 avtomobil toqquşub. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Füzuli küçəsində qeydə alınıb.
“KİA” markalı nəqliyyat vasitəsini idarə edən sürücü eyni istiqamətdə olan “Toyota Prius” markalı maşını sağdan ötməyə çalışıb. Bu zaman “KİA” öncə yol kənarında dayanan “Mercedes GLS” markalı nəqliyyat vasitəsinə, daha sonra isə hərəkət edən “Prius”a çarpılıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_125131" align="alignnone" width="640"]
Foto APA[/caption]