Bakıda sərnişin avtobusunu daşlayıblar. Bakuplus.az bu haqda 30 may tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Xuliqanlıq hadisəsi Yasamal rayonunda baş verib. Dünən saat 16:00 radələrində naməlum şəxs “Bakubus” MMC-yə məxsus və 211 saylı xətt üzrə hərəkət edən avtobusa daş ataraq şüşəsini sındırıb.
Daha sonra həmin şəxs ərazidən uzaqlaşıb. Hadisə ilə bağlı polisə müraciət ünvanlanıb.
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.