Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbədəki evlərin birindən 3100 manat dəyərində velosiped, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Nəriman Tağıyev saxlanılıb.
Tağıyevin Bakı şəhər sakini olduğu, həmçinin əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olduğu məlum olub.
Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.