Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi yaxınlığında dənizdə batan qadın xilas olunub. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralıda, nəzarətsiz ərazidə baş verib. Əraziyə FHN-in xilasediciləri cəlb olunublar.
Əməliyyat nəticəsində 36 yaşlı qadın sudan sağ çıxarılıb və ailə üzvlərinə təhvil verilib.