Bakıda narkotik təsiri altında avtomobil idarə edən şəxs tutulub. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplu.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Volkswagen” markalı 10-HA-303 nömrəli avtomobil qanunsuz avadanlıq quraşdırdığı üçün Lökbatan dairəsi yaxınlığında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücü A.Əsgərovun hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə göndərilib.
Məlum olub ki, sürücü narkotik maddə qəbul edib. Onun barəsində protokol tərtib edilib.
[video width="478" height="850" mp4="https://bakuplus.az/storage/photos/2024/04/video-whatsapp-2024-04-19-v-11.35.30_1f34c09f.mp4"][/video]
14