Bakı sakini narkotik təsiri altında avtomobil sürüb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Eldar Bağıyev “Kia” markalı avtomobillə Sulutəpə qəsəbəsi ərazisində manevr qaydasını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib və narkotik təsiri altında olduğu məlum olub. Həmçinin E.Bağıyevin üzərində 7 qram marixuana da aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.