Paytaxtın Səbail rayonu, Neftçilər prospektində avtoqəza baş verib. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Toyota” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və eyni istiqamətdə hərəkət edən mopedi vurub. Nəticədə mopedin sürücüsünün ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.
[caption id="attachment_93225" align="alignnone" width="986"]
Foto apa.az[/caption]