Paytaxtın Səbail rayonunun Neftçilər prospektində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hümbət Əliyevin sürücüsü olduğu “Chevrolet” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman eyni istiqamətdə gedən “Changan” markalı avtomobillə toqquşub. Nəticədə “Chevrolet”in sərnişini müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.