Bakının Nizami rayonu, Mehdi Abbasov küçəsində zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yüksək sürətlə hərəkətdə olan “Toyota Camry” markalı avtomobil idarəetmədən çıxaraq, eyni istiqamətdə gedən “Mercedes” markalı nəqliyyat vasitəsinə çarpılıb, daha sonra “Mercedes” “Lada Priora”ya dəyib, sonuncu isə “Araz” marketinin şüşəsinə çarpılıb.
Qəza nəticəsində “Mercedes”də olan sərnişin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hər üç sürücünün izahatı alınıb.