Bakıda yaşayış binasının həyətində qumbara tapılıb. Bu haqda 18 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Nizami rayonunda yaşayış binasının həyətyanı ərazisində hərbi sursat aşkar edilib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu 1 ədəd F-1 əl qumbarasını ərazidən götürüb kənarlaşdıraraq, müvafiq qaydada zərərsizləşdirib.
Əməliyyat zamanı insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırılıb və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.