Paytaxtın Nizami rayonunda narkotik aludəçisi tutulub. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı 54 yaşlı Bakı şəhər sakini Telman Rəşidov saxlanılıb. Onun üzərindən 6,129 qram heroin aşkar edilib.
Onun barəsində araşdırmaya başlanılıb.