Bakının Nizami rayonunda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 11 fevral tarixində Oxu.az məlumat verib.
Verilən məlumata əsasən, 15 yaşlı G.Ə. fevralın 6-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı qızın atası Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edib.
Qeyd olunan polis bölməsində əməliyyat tədbirləri görülür.