Nizami rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
18 yaşlı Aləm Əsədov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə piyada keçidi ilə yolu keçən 37 yaşlı Qasım Zeynalovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.